Bank Of Baku

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Bakı-Tiflis videokörpüsü keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Bakı-Tiflis videokörpüsü keçirilib
# 27 may 2008 13:54 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş Bakı-Tiflis videokörpüsü keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən tarix elmləri doktoru Eldar İsmayılov bildirib ki, 90 il bundan əvvəl, 1918-ci ildə Qafqazda Gürcüstan və Azərbaycan kimi müstəqil dövlətlərin yaranması gələcəkdə inkişaf edəcək hadisələr üçün tarixi nümunə olub. Bakı Dövlət Universitetinin kafedra müdiri Azad Rzayev isə qeyd edib ki, 26 və 28 may tarixləri Gürcüstan və Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılıb. Tiflis Dövlət Universitetinin professoru Nestan Kirtadze tarixə nəzər salaraq vurğulayıb ki, Rusiyanın o dövrdə parçalanması beynəlxalq ictimaiyyətin xeyrinə olmadığından, yeni yaranmış ölkələrin müstəqilliyini bu arenada qəbul etdirmək də çox çətin idi. Fətəli xan Xoyskinin nəvəsi Tamara Xoyski qeyd edib ki, babası qətlə yetiriləndən sonra Xoyski nəslinin nümayəndəsi kimi onun Tiflisdəki qəbrini ziyarət edən ilk insan məhz o olub. Qeyd edək ki, videokörpüdə Gürcüstan Elmlər Akademiyasının üzvləri, Tiflis Dövlət Universitetinin professorları da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR