Bank Of Baku

MSK 46 və 101 saylı dairə seçki komissiyalarının adlarını dəyişdirib

MSK 46 və 101 saylı dairə seçki komissiyalarının adlarını dəyişdirib
# 27 may 2008 13:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda ilk olaraq qurumun mayın 7-də keçirilmiş iclasının protokolu təsdiq edilib. İclasda Dairə Seçki Komissiyalarının (DSK) katibliklərində çalışan hüquqşünaslar üçün mayın 30-da təlim seminarının keçirilməsi barədə qərar qəbul edilib. MSK sədrinin müavini Svetlana Qasımova bildirib ki, qurum daim aşağı seçki komissiyaları üçün müvafiq təlim seminarlar keçirir və prezident seçkiləri ərəfəsində bu iş daha da sürətlənəcək. MSK üzvü Akif Qurbanov isə keçirilən iclaslarda heç vaxt iclasın gündəliyinin və qərar layihələrinin əvvəlcədən üzvlərə təqdim olunmamasına etirazını bildirib. İclasda 46 saylı Əli Bayramlı DSK-nın 46 saylı Şirvan DSK, 101 saylı Xanlar-Daşkəsən DSK-nın isə 101 saylı Göy göl Daşkəsən DSK adlandırılması barədə qərar qəbul edilib. İclasda həmçinin, bir sıra DSK-ların tərkibinə dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR