Bank Of Baku

İsa Qəmbər MDİ-nin Avrasiya üzrə regional direktoru ilə görüşüb

İsa Qəmbər MDİ-nin Avrasiya üzrə regional direktoru ilə görüşüb
# 27 may 2008 13:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ-ın Milli Demokratiya İnstitutunun Avrasiya üzrə regional direktoru Laura Cevetlə görüşüb.
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyət, insan haqları, söz və mətbuat azadlığı, seçki qanunvericiliyi və digər məsələlər ətrafında müzakirə aparılıb, Müsavatla MDİ arasında əlaqələr və əməkdaşlıq məsələlərinə diqqət yetirilib. Görüşdə partiyanın Mərkəzi İcra Aparatını rəhbəri Arif Hacılı, MDİ-nin Bakı ofisinin rəhbəri İan Vudvord, ofisin proqram direktoru Aida Suyunduyeva iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR