Bank Of Baku

Sergey Kuznetsov: “Biz Azərbaycanda seçki komissiyalarının formalaşdırılması proseduruna yenidən baxılmasını tövsiyə etmişdik”

Sergey Kuznetsov: “Biz Azərbaycanda seçki komissiyalarının formalaşdırılması proseduruna yenidən baxılmasını tövsiyə etmişdik”
# 27 may 2008 14:16 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, qurumun baş katibi Canni Bukikkio Venesiya Komissiyasının bir illik fəaliyyəti haqqında hesabat xarakterli çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Bununla yanaşı, bir illik hesabat kitabça şəklində çap edilərək iştirakçılara paylanıb. Komissiyanın seçki və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov APA-ya açıqlamasında bildirib ki, iyunun 13-14-də Venesiyada keçiriləcək plenar iclasda Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı yekun rəy qəbul olunacaq: “İndiki məqamda nə isə demək tez olardı. Layihənin parlamentdə oxunuşunun necə keçəcəyini və hansı qanunun ortaya çıxacağını gözləmək lazımdır. Lakin bizi məyus edən əsas məqam odur ki, Azərbaycan hökumətinin təqdim etdiyi qanun layihəsində seçki komissiyalarının formalaşması məsələsinin diqqətlə öyrənilməsi əksini tapmayıb. Biz seçki komissiyalarının formalaşdırılması proseduruna yenidən baxılmasını tövsiyə etmişdik ki, komissiyalar seçki prosesinə qatılan bütün tərəflərin maraqlarını əks etdirsin. Bu tövsiyə təbii ki, indiyə qədər qüvvədə qalır. Biz komissiyaların formalaşması ilə bağlı konkret sxem göstərməmişdik, sadəcə, ümid etdiyimizi bildirmişdik ki, Seçki Məcəlləsinə ediləcək dəyişiklik və əlavələrdə tövsiyələr maksimum nəzərə alınacaq”. S. Kuznetsovun sözlərinə görə, qanun layihəsi seçkilərdən kifayət qədər əvvəl qəbul edilməlidir ki, prosesin iştirakçıları sənədlə lazımi səviyyədə tanış ola bilsinlər: “Hesab edirəm ki, bu, çox məntiqli yanaşmadır. Təəssüf ki, bəzi hallarda ölkələr qanunvericilikdə dəyişikliyi elə məqamda edirlər ki, prosesdə iştirak edən qüvvələrin bu yeniliklərlə vaxtında tanış olması çətinləşir”. S. Kuznetsov Venesiya Komissiyasının iyun sessiyasından sonra Azərbaycana səfər edəcəklərini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR