Bank Of Baku

Türkdilli dövlətlərin parlament sədrlərinin görüşü yayda İstanbulda keçiriləcək

Türkdilli dövlətlərin parlament sədrlərinin görüşü yayda İstanbulda keçiriləcək
# 27 may 2008 14:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Türkdilli dövlətlərin parlament sədrlərinin görüşü bu ilin yay aylarında İstanbulda keçiriləcək. Milli Məclisin mədəniyyət komissiyasının sədri Nizami Cəfərov APA-ya bildirib ki, bu məqsədlə ötən il katiblik yaradılıb və fəaliyyətini davam etdirir. Bu qurum parlament sədrlərinin İstanbul görüşündə iştirakını təmin etməyə çalışır. “İndidən assambleyada neçə deputatın iştirak edəcəyini və yaxudda hansı komissiyaların yaradılacağını demək mümkün deyil”. N. Cəfərov sammitdə türkdilli ölkələrin bütün sahələr üzrə əlaqələrinin inkişaf etdirilməsinin müzakirə olunacağını da deyib. Milli Məclisin mətbuat xidmətindən isə bildirilib ki, türkdilli dövlətlərin parlament sədrlərinin görüşü ilə əlaqədar razılaşma əldə olunsa da, tədbirin keçiriləcəyi gün bəlli deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR