Bank Of Baku

Bölgələrdə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbirlər keçirilib

Bölgələrdə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbirlər keçirilib
# 27 may 2008 14:29 (UTC +04:00)
Bakı-APA. Bölgələrdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 90 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilir. APA-nın cənub bürosunun məlumatına görə,
Lənkəranda Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ümumrayon toplantısı təşkil edilib. Yerli icra strukturları, hüquq-mühafizə orqanları rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov ADR-in tarixindən, 23 aylıq fəaliyyəti dövründə ölkədə təhsilin, mədəniyyətin, ordu quruculuğunun inkişafı üçün görülmüş işlərdən danışıb. Quba rayon mədəniyyət evində AXC-nin 90 illiyinə həsr olunmuş geniş yığıncaq keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov və digərləri çıxış edərək AXC-in böyük və şanlı tarixindən danışıblar. Daha sonra Qubanın özfəaliyyət kollektivləri geniş konsert proqrammı ilə çıxış edib. Bayram ərəfəsində rayonun Tala-qışlaq kəndində yeni rabitə qovşağı da istifadəyə verilib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, bu gün Ucar, Zərdab və Göyçay rayonlarında yubiley tədbirləri keçirilib. Tədbirlərdən sonunda bayram konsertləri təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR