Bank Of Baku

Fətəli Xan Xoyskinin nəvəsi: “Şərqdə ilk demokratik respublikanın yaranması babamın və onun həmfikirlərinin reallaşdırdıqları ən böyük arzu olub”

Fətəli Xan Xoyskinin nəvəsi: “Şərqdə ilk demokratik respublikanın yaranması babamın və onun həmfikirlərinin reallaşdırdıqları ən böyük arzu olub”
# 27 may 2008 14:29 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Şərqdə ilk demokratik respublikanın yaranması mənim babamın və onun həmfikirlərinin reallaşdırdıqları ən böyük arzu olub”. Bu sözləri APA-ya açıqlamasında Fətəli Xan Xoyskinin nəvəsi Tamara Xoyski deyib. O bildirib ki, demokratik respublikanın yaradılması dünya tarixində hər zaman böyük hadisə hesab edilir: “Azərbaycan Demokratik Respublikasının banisi olan insanlar öz xalqları üçün qısa müddətə də olsa dünyəvi dövlət qurmağa müvəffəq oldular”. T. Xoyski qeyd edib ki, babasının ölümündən illər sonra dünyaya gəlsə də, valideynləri Xalq Cümhuriyyətinin ilk baş naziri haqqında ona çox şey danışıblar: “Mən babamı tarixi şəxsiyyət və Şərq tarixində irəliyə böyük bir addım atan insanların arasında olan, demokratik dünyəvi dövlətin qurucusu kimi tanıyıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR