Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi qeyd olunub

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi qeyd olunub
# 27 may 2008 14:33 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə qurumun sədr müavini Vəfadar Misirov AXC-nin yaranması, fəaliyyəti, nailiyyətləri və süqutu barədə çıxış edib. O, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik və dünyəvi dövlətin qurulduğunu qeyd edərək, bunu xalqımızın azadlıq, müstəqillik və demokratiya uğrunda apardığı mübarizənin yekunu kimi qiymətləndirib. Daha sonra tədbirdə komissiyanın əməkdaşları Rauf Məcidbəyli və Asəf Əliyev AXC-nin keçdiyi yol, həmin dövrdə görülən işlərlə bağlı danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR