Bank Of Baku

AMİP-in təşkilat katibliyi sədr seçkilərində Fəqani Məhərrəmovun namizədliyi müdafiə etmək barədə qərar qəbul edib

AMİP-in təşkilat katibliyi sədr seçkilərində Fəqani Məhərrəmovun namizədliyi müdafiə etmək barədə qərar qəbul edib
# 27 may 2008 14:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilat katibliyi partiyanın növbədənkənar qurultayında AMİP-in Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmovun sədrliyə namizədliyini dəstəkləmək barədə qərar qəbul edib. F. Məhərrəmovun APA-ya verdiyi məlumata görə, əldə olunmuş razılaşmaya görə, o, sədr seçiləcəyi təqdirdə təşkilat katibi Nazim Ələsgərov partiyanın baş katibi təyin ediləcək: “Nazim Ələsgərov çox mühüm bir katibliyə rəhbərlik edir və eyni zamanda Mərkəzi Aparatın rayon təşkilatının ilə əlaqələrini həyata keçirir”. F. Məhərrəmov bildirib ki, o partiyanın digər katiblikləri ilə də danışıqlar aparmağı nəzərdə tutur. O, hazırda partiyanın sədrliyinə digər iddialı, AMİP-in Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərovla da danışıqlar apardığını bildirib: “Əldə olunan ümumi razılaşma ondan ibarətdir ki, Fuad Muxtarovun namizədliyi elan olunan kimi Ələddin Əsgərovla əldə olunan razılaşma yerinə yetirilsin və daha güclü namizəd müdafiə olunsun. AMİP-də xarici əlaqələr Fuad Muxtarovun nəzarətində və inhisarındadır”. F. Məhərrəmov bildirib ki, partiyanın mətbuat və təbliğat katibi Əli Orucovla da bu istiqamətdə danışıqlar aparıb, lakin müsbət nəticə əldə edilməyib: “Təklif etdim ki, mən sədr seçiləcəyim halda “Millət” qəzetinin nəşrini bərpa edək və Əli Orucov həmin qəzetə rəhbərlik etsin. Amma o buna razı olmadı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR