Bank Of Baku

Əli Əhmədov: “Qəti şəkildə inanırıq ki, prezident seçkiləri İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcək”

Əli Əhmədov: “Qəti şəkildə inanırıq ki, prezident seçkiləri İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcək”
# 27 may 2008 15:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Yeni Azərbaycan Partiyası bu ilin payızında keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır. Bizim partiyanı digərlərindən fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, biz bütün seçkilərə məsuliyyətlə yanaşırıq və bu yanaşmanın nəticəsi uğurlu olur”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, seçkilərlə bağlı partiya bir sıra tədbirlər həyata keçirib, bundan sonrakı mərhələdə də müvafiq addımlar atılacaq: “Seçkilər zamanı bizə lazım olacaq resurslar dəyərləndirilib, tədbirlər həyata keçirəcək qruplar formalaşdırılıb və hazırda onlara təlimlər keçirilir. Kampaniyanın uğurlu alınması üçün bütün ilkin hazırlıqlar görülüb. Əsas gerçəklik odur ki, namizədimiz İlham Əliyevin seçicilər arasında böyük nüfuzu və reytinqi var. Qazanılan uğurlar, iqtisadi inkişaf İlham Əliyevin əhali tərəfindən dəstəkləndiyini əsaslandıran şərtlərdir. Ona görə də qəti şəkildə inanırıq ki, seçkilər İlham Əliyevin böyük qələbəsi ilə nəticələnəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR