Bank Of Baku

Türkiyə vətəndaşı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti seçilib

Türkiyə vətəndaşı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti seçilib
# 27 may 2008 15:19 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 15-ci plenar sessiyası başlayıb. APA-nın Avropa bürosunun xəbərinə görə, sessiyanın ilk günündə qurumun hər iki palatasına yeni prezidentlər və vitse-prezidentlər, eləcə də 4 komissiyaya yeni sədrlər seçilib. Daha əvvəl təşkilatın regional palatasının prezidenti olmuş Yavuz Mildon AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti seçilib. Konqresin Bürosu isə plenar iclaslarda Şimali Kipr türklərinin iştirakı barədə qərar qəbul edib. Yerli Hakimiyyətlər Palatasının sədri Yan Mikallef çıxışında nümayəndə heyətlərinin seçilməsi və iştirakı proseduruna toxunaraq bildirib ki, Azərbaycan və Albaniya kimi ölkələrdə nümayəndə heyətlərinin seçilməsi proseduru indiyə qədər dəqiqləşdirilməyib, bu isə konqresin Nizamnaməsinə ziddir.
İki gün davam edəcək sessiyada miqrantların yerli hakimiyyətlər tərəfindən yerli cəmiyyətlərə inteqrasiyası və onların vəziyyətinin yaxşılaşdırılması, gənclərin regional və yerli siyasi həyatda iştirakı, yerli və regional səviyyədə irqçiliklə mübarizə, yerli demokratiyalarda mədəniyyətlərarası və dinlərarası dialoq kimi məsələlər müzakirə olunacaq. Bundan başqa, Yunanıstan, Ukrayna və Serbiyada yerli demokratiyaların vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinə Rauf Əliyev, Anar İbrahimov, Yazgül Rzayeva, Əbülfəz Babayev, İlham Xəlilov və Şəmistan Yusifov daxildir.
Qeyd edək ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 26-cı prezidenti seçilmiş Yavuz Mildon Türkiyə vətəndaşıdır. 1955-ci ildə anadan olan Y. Mildon İstanbul İqtisadiyyat Universitetinin qida sənayesi fakültəsini bitirib, balıq ixracı ilə məşğul olan şirkətin rəhbəri, Geliboluda Ticarət-Sənaye Palatasının sədri olub, 1995-ci ildə Çanaqqala bələdiyyəsinin sədri seçilib. 2004-cü ildən indiyədək Konqresin Regionlar Palatasının sədri vəzifəsində çalışıb. Evlidir, 2 övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR