Bank Of Baku

28 May - Respublika Günü dünyanın bir sıra ölkələrində qeyd olunur

28 May - Respublika Günü dünyanın bir sıra ölkələrində qeyd olunur
# 27 may 2008 15:35 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. 28 May - Respublika Günü dünyanın bir sıra ölkələrində qeyd olunur. APA-nın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə Belarusda da genişmiqyaslı konsert təşkil olunub. Minsk konsert zalında keçirilən tədbirdə azərbaycanlı incəsənət xadimləri musiqi nömrələri ilə çıxış ediblər. Azərbaycanın Misirdəki səfiri Faiq Bağırovun APA-ya verdiyi məlumata görə, Misir Ərəb Respublikasının prezidenti Hüsnü Mübarəkin şəxsi nümayəndəsi Əhməd Ənsari sabah bayram münasibətilə səfirliyə gələcək. O, Hüsnü Mübarəkin prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunu səfirə təqdim edəcək. Bundan başqa, Misir telekanallarında Azərbaycanla bağlı 20 dəqiqəlik materialın efirə verilməsi nəzərdə tutulur. Həmin gün axşam isə Azərbaycanın Misirdəki səfirliyində Misir rəsmilərinin də iştirakı ilə ziyafət veriləcək. Rəsmi qəbul mərasimləri həmçinin Azərbaycanın İspaniya və İtaliyadakı səfirliklərində də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR