Bank Of Baku

AŞ PA Montorinq Komitəsi Azərbaycana dair qətnamənin ilkin variantını qəbul edib

AŞ PA Montorinq Komitəsi Azərbaycana dair qətnamənin ilkin variantını qəbul edib
# 27 may 2008 16:51 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycanda seçkilər öncəsi bəzi problemlərdən narahatlığını bəyan edib. APA-nın AŞ PA Monitorinq Komitəsinə istinadən yaydığı məlumata görə, qurumun bu gün Kiyevdə keçirilən toplantısında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qətnamə ilkin variantda qəbul olunub. Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın təqdim etdiyi sənəd əsasında hazırlanan qətnamənin ilkin variantında bildirilir ki, Avropa Şurasına üzv olan Azərbaycanda mətbuatla bağlı problemlər, sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması kimi faktların olması narahatlıq yaradır. AŞ PA Monitorinq Komitəsi həmçinin ölkədə “siyasi məhbus” probleminin varlığını qeyd edərək, hazırda həbsdə olan üç jurnalistin azadlığa buraxılmasının vacibliyini vurğulayıb. Qətnamədə prezident seçkilərinə kimi görülməsi zəruri olan işlərlə bağlı tövsiyələr də əksini tapıb. Bu tövsiyələr seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması, şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi, siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması, müxalifət partiyalarının mitinq keçirmək hüququna qarantiya verilməsidir. Məruzədə Dağlıq Qarabağ məsələsinə də toxunulur. Bildirilir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayınca, ölkədə uzunmüddətli demokratik inkişafı təmin etmək çox çətin olacaq.
Toplantı ilə bağlı APA-ya açıqlama verən AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova bildirib ki, Azərbaycanda demokratik institutların fəaliyyətinə dair yekun qətnamənin qəbulu təxirə salınıb: “İlkin qətnamədə müəyyən problemlər var və sənədə müəyyən dəyişikliklər edilməlidir. Bu səbəbdən yekun qətnamənin qəbulu AŞ PA-nın iyun sessiyasına kimi təxirə salınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR