Bank Of Baku

Madlen Olbrayt: “ABŞ Milli Demokratiya İnstitutu Azərbaycanın bütün siyasi qüvvələri ilə əməkdaşlıq etmək istəyir”

Madlen Olbrayt: “ABŞ Milli Demokratiya İnstitutu Azərbaycanın bütün siyasi qüvvələri ilə əməkdaşlıq etmək istəyir”
# 29 may 2008 07:03 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, bu sözləri Milli Demokratiya İnstitutunun (MDİ) sədri, ABŞ Dövlət Departamentinin sabiq rəhbəri Madlen Olbrayt Stanford Universitetinin tələbə və müəllim heyəti ilə görüşündə deyib. Xanım Olbrayt Azərbaycanda bütün siyasi qüvvələrlə əməkdaşlıq üçün müəyyən problemlərin olduğunu desə də, həmin maneələrin nədən ibarət olduğunu açıqlamayıb. Lakin o, maneələrin iqtidar və ya müxalifət səviyyəsində deyil, ümumiyyətlə, siyasi mühitdə mövcud olduğunu söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın bəzi siyasi partiyaları MDİ-ni sırf marağında olan siyasi partiyalarla əməkdaşlıqda ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR