Bank Of Baku

NATO rəsmisi: “Sülhyaratma əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı planlar var”

NATO rəsmisi: “Sülhyaratma əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı planlar var”
# 29 may 2008 07:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Bakıda Avro-Atlantik Mərkəzin NATO-nun Brüsseldəki mənzil qərargahı ilə təşkil etdiyi video konfransda NATO-nun İctimai Diplomatiya Bölməsinin Cənubi Qafqaz ölkələri üzrə koordinatoru Despina Afentuli bildirib. D. Afentulinin sözlərinə görə, Azərbaycan dünyanın müxtəlif konfliktli zonalarında sülhün təmin olunması üçün NATO ilə sıx əməkdaşlıq edir: “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərinin sayının artırılması nəzərdən keçirilir. Bu sahədə planlar mövcuddur”.
APA-nın “NATO-nun genişlənmə proqramlarında Azərbaycanın yeri varmı” sualını cavablandıran D. Afentuli “Bakı və Şimali Atlantika Alyansı konkret planlar üzrə əməkdaşlıq edir. Bütün addımlar tərəflər arasında razılaşdırıldıqdan sonra atılır”, - deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR