Bank Of Baku

NATO-nun baş katibi 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

NATO-nun baş katibi 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib
# 29 may 2008 07:46 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakıda Avro-Atlantik Mərkəzin NATO-nun Brüsseldəki mənzil qərargahı ilə təşkil etdiyi video-konfransda çıxış edən Sxeffer Azərbaycanın bu gün Şimali Atlantika alyansı ilə sıx əməkdaşlıq edən ölkələrdən biri olduğunu vurğulayıb. Baş katib rəsmi Bakının Avro-Atlantik strukturlara inteqrasiyasını yüksək qiymətləndirib: “Azərbaycan bu gün artıq dünyada təhlükəsizliyin ixracatçısı sayılan dövlətlərdəndir. Biz təhlükəsizliyin təmin olunması üçün tərəfdaş dövlətlərlə əməkdaşlığımızı daha da genişləndirəcəyik”.
O, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) ikinci mərhələsinin başlanmasından məmnun olduqlarını da vurğulayıb. Sxeffer bildirib ki, Azərbaycan və NATO hazırda sülhməramlı əməliyyatlarda iştirak, siyasi dialoq, müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılmasında yaxından əməkdaşlıq edir.
Baş katib rəhbərlik etdiyi qurumun Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinə tərəfdar olduğunu qeyd edib, bu sahədə rəsmi Bakının səylərini alqışladıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR