Bank Of Baku

Sərdar Cəlaloğlu: “Beşlər” faktiki olaraq namizədlərin blokudur”

Sərdar Cəlaloğlu: “Beşlər” faktiki olaraq namizədlərin blokudur”
# 29 may 2008 09:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Beş müxalifət təşkilatının birgə fəaliyyəti əslində namizədlərin blokudur. Biz bu formata seçkilərdə iştirak etməyən partiyaların qəbulunu nəzərdə tutmamışıq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, prezident seçkilərinə qədər “beşlər” bu şəkildə fəaliyyət göstərəcək və hər hansı siyasi qurumun bu formata daxil edilməsi planlaşdırılmır: “Müsavat Partiyası, ADP və “Azərbaycan Naminə” İctimai Forum prezident seçkilərində iştirak edəcək. AMİP də yaxın vaxtlarda keçirəcəyi qurultayında bu barədə qərar qəbul edəcək və bu format faktiki namizədlərin koalisiyası olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR