Bank Of Baku

Ankaranın Əsri məzarlığında Məhəmməd Əmin Rəsulzadənin məqbərəsinin açılış mərasimi keçirilib - FOTOSESSİYA

Ankaranın Əsri məzarlığında Məhəmməd Əmin Rəsulzadənin məqbərəsinin açılış mərasimi keçirilib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 29 may 2008 09:17 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkili Yaqub Mahmudov, Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal, Böyük Birlik Partiyasının sədri Mühsin Yazıçıoğlu, MHP İstanbul millət vəkili Attila Kaya, Müsavat Partiyasının başqanı İsa Qəmbər, tədqiqatçı Nəsiman Yaqublu, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, elm xadimləri, Azərbaycan və İrandan olan tələbələr qatılıblar. Açılış mərasimində Məhəmməd Əmin Rəsulzadənin məqbərəsinin layihəsini hazırlamış Tuncər Kırhan iştirakçılara məqbərənin simvolik mənaları haqqında məlumat verib. O, kompleksdə 4 sütunun olduğunu deyib: “Biz Rəsulzadənin həyatındakı rəqəmləri bu layihədə əks etdirmişik. Çünki abidələr və ya mavzoleylər vizuallıqla birlikdə daşıdıqları məna ilə də önəm qazanmalıdır. Sütunların üzərində türk kilim motivləri işlənib. Sütunların hündürlüyü tarixi 28 rəqəminə əlavə edilən beşinci ayın cəminə uyğun gəlir ki, bu da 2,85 metr edir. Sütunların üzərindəki çatı Azərbaycanın milli bayrağındakı səkkizguşəli ulduz və üçrəngli bayrağın yüksəlişinin rəmzidir. Qəbrin olduğu yerin ilk ölçüsü Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətini elan etdiyi dövrdəki yaşını ifadə edir yəni qəbrin yerdən hündürlüyü 34 santimetrdir. Qəbrin ətrafının ən yüksək nöqtəsi isə onun əbədiyyətə qovuşduğu zamankı yaşını ifadə edir və 71 santimetrdir. Burada yumşaq mərmər və qırmızı qranitdən istifadə edilib. Oyma işlər və daşlarda ahəngə xüsusi diqqət yetirilib. Mən bunun maketini çoxdan hazırlamışdım. 1995-ci ildən bəri Rəsulzadənin qəbri Azərbaycan Kültür Dərnəyi tərəfindən qorunurdu. Biz iki dəfə məzarı təmir etsək də, orada mavzoley yaratmaq hamımızın arzusu idi. Bu dəfə istəyimizə nail olduğumuza inanıram”. Tədbirdə çıxış edən Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal Şərq dünyasında ilk respublikanın yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadənin tarixdə əvəzsiz yerinin olduğunu vurğulayıb. Daha sonra abidə önünə Azərbaycan prezidenti İlham Əliyev adından çələng qoyulub. Açılış mərasimindən sonra Ankaranın “Dedeman” otelində “Azərbaycan Türk Cümhuriyyətinin 90-cı ildönümü və Türk dünyasına ümumi baxış” mövzusunda simpozium öz işinə başlayıb. BAK-TÜRK Federasiyasının təşkil etdiyi simpoziumda mövzu ətrafında çıxışlar nəzərdə tutulub.
































1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR