Bank Of Baku

Müxalifət partiyaları Seçki Məcəlləsi ilə bağlı mövqelərini müəyyənləşdirə bilmirlər

Müxalifət partiyaları Seçki Məcəlləsi ilə bağlı mövqelərini müəyyənləşdirə bilmirlər
# 29 may 2008 10:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müxalifətin vahid mövqeyinin hazırlanması üçün keçirilməsi nəzərdə tutulan toplantı “Azadlıq” blokunun iştirakı olmadan da reallaşa bilər”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, təmsil olunduğu Demokratik Seçki Mərkəzi də müxalifət partiyalarının bu toplantısının keçirilməsində maraqlıdır. Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı isə bu mövqe ilə razı deyil: “Seçki Məsələsinə dair müxalifətin yekdil mövqeyi var. Sadəcə, yığıncaq təşəbbüsü ilə çıxış edənlər müxalifətin yekdil mövqedə olmaması haqda görüntü yaratmağa nail oldular. Əslində isə belə deyil”. Ümid Partiyasının sədri İqbal Ağazadə isə Seçki Məcəlləsi ilə bağlı hansısa tədbirin keçirilməsini əhəmiyyətsiz sayır. Onun fikrincə, müxalifət düşərgəsində təmsil olunan partiyaların ötən il vahid mövqe nümayiş etdirməməsi Seçki Məcəlləsi ilə bağlı məsələdə indiki mənzərənin yaranmasına gətirib çıxarıb: “Təəssüf ki, ötən il Seçki Məcəlləsi ilə bağlı müzakirələr başlananda bəzi partiyalar Avropa Şurası Venesiya Komissiyasının müxalifətin mövqeyini müdafiə edəcəyi fikrinə düşdülər. Nəticədə fikir ayrılığı yaratdılar və bu məsələdə parçalanma oldu”. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov isə deyib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müxalifətin vahid mövqeyinin hazırlanması üçün keçirilməsi nəzərdə tutulan toplantıya hazırlıqlar davam etdiriləcək. O, bu istiqamətdə məsləhətləşmələrin yekunlaşmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR