Bank Of Baku

Azərbaycan paytaxtında “GUAM-ın inkişaf strategiyası” adlı konfrans keçirilir

Azərbaycan paytaxtında “GUAM-ın inkişaf strategiyası” adlı konfrans keçirilir
# 29 may 2008 10:56 (UTC +04:00)
Onun sözlərinə görə, GUAM ölkələrinin xarici siyasət və Avroatlantika regionuna inteqrasiyaya dair prioritetləri eynidir: “GUAM-ın əsas hədəfləri Xəzər və Qara dəniz regionlarında stabilləşmə və reinteqrasiya məqsədilə iştirakçı dövlətlərin potensialını birləşdirməkdir”. GUAM-ın büdcəsinin 1,5 milyard dollardan 3 milyard dollara kimi artdığını deyən baş katib bu il GUAM üzvü ölkələr arasında ticarət dövriyyəsinin həcminin 4 milyard dollara çatacağını bildirib. O, əsas hədəflərdən birinin GUAM ölkələri arasında ticarət dövriyyəsinin həcminin 10 milyard dollara çatdırılması olduğunu bildirib və bu hədəfə yaxın 10 il ərzində çatacaqlarını vurğulayıb. Konfransda çıxış edən Gürcüstan Xarici İşlər Nazirliyinin siyasi departamentinin direktoru David Dondua bildirib ki, GUAM ölkələri öz enerji təhlükəsizliklərini bərpa etməlidir: “GUAM dövlətləri həmçinin Asiyadan Avropaya malların daşınmasında mühüm tranzit rolunu oynaya bilər”. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk bildirib ki, Azərbaycanın GUAM-a sədrlik etdiyi dövrdə qurum siyasi və iqtisadi planda böyük uğurlar əldə edib. Konfransda çıxış edən Moldovanın Azərbaycandakı səfiri İon Robu GUAM çərçivəsində gənclik festivallarının keçirilməsini vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR