Bank Of Baku

ADP sədri Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram direktoru ilə görüşüb

ADP sədri Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram direktoru ilə görüşüb
# 29 may 2008 11:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu gün ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya üzrə proqram direktoru Laura Cevetlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət və MDİ ilə ADP arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. MDİ nümayəndəsi ADP ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduqlarını bildirib. ADP sədri də, öz növbəsində, təmsil etdiyi partiyanın MDİ ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın prezident seçkiləri ilində partiya üçün səmərəli olacağına ümid etdiyini qeyd edib. Müzakirələrdə 2008-ci il prezident seçkiləri ətrafında da fikir mübadiləsi aparılıb, S. Cəlaloğlu təmsil etdiyi partiyanın bu seçkilərdə öz namizədi ilə iştirakda qərarlı olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR