Bank Of Baku

BAXCP-nin qurultayının vaxtı məlum olub

BAXCP-nin qurultayının vaxtı məlum olub
# 29 may 2008 11:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. HATO Parlament Assambleyasının Berlində keçirilmiş yaz sessiyasında iştirak edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev qurumun müxtəlif komitələrinin toplantılarında və plenar iclasda müzakirə olunan məsələlər barədə İdarə Heyətinin üzvlərini məlumatlandırıb.
Daha sonra BAXCP-nin II Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin görülən işlər barədə hesabatı dinlənilib. Təşkilat Komitəsinin qurultayın müzakirəsinə təqdim edəcəyi sənədlərin siyahısı və əsas istiqamətləri müəyyənləşdirilib, bu məsələ ətrafında müzakirələr aparılıb və yerinə yetirilməsi üçün icra strukturlarına müvafiq tapşırıqlar verilib.
BAXCP-nin II qurultayının iyunun 7-də keçirilməsinə qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR