Bank Of Baku

YAP nümayəndə heyəti Seulda keçirilən beynəlxalq konfransa qatılıb

YAP nümayəndə heyəti Seulda keçirilən beynəlxalq konfransa qatılıb
# 29 may 2008 12:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Seulda “Siyasi korrupsiyaların qarşısının alınmasında siyasi partiyaların fəaliyyətinə dövlət nəzarəti” mövzusunda keçirilən seminarda iştirak edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Beynəlxalq Asiya Siyasi Partiyalar Konfransının təşkil etdiyi seminara 26 ölkənin nümayəndələri qatılıb. Seminarda “Demokratiyanın inkişafında ən yaxşı təcrübələr”, “İnkişaf edən ölkələrdə siyasi gerçəkliklər və əngəllər”, “Dövlət səviyyəsində effektiv sistemin tətbiqi yolları” mövzularında məruzələr dinlənilib. YAP nümayəndələri də tədbirdə çıxış edərək Azərbaycandakı siyasi proseslər, siyasi partiyalara olan dövlət qayğısı haqında məlumat veriblər. YAP-ın nümayəndə heyətinə partiyanın icra katibini müavini millət vəkili Mübariz Qurbanlı rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR