Bank Of Baku

Sergey Yeryomin: “Azərbaycan, Tacikistan və Qazaxıstan qeyri-leqal miqrantların ölkəyə qaytarılması barədə üzərinə öhdəlik götürmək istəmir”

Sergey Yeryomin: “Azərbaycan, Tacikistan və Qazaxıstan qeyri-leqal miqrantların ölkəyə qaytarılması barədə üzərinə öhdəlik götürmək istəmir”
# 29 may 2008 12:24 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. “Azərbaycan, Tacikistan və Qazaxıstan qeyri-leqal miqrantların ölkəyə qaytarılması barədə üzərinə öhdəlik götürmək niyyətində deyil”. APA-nın məlumatına görə bu bəyanatla Rusiya Federal Miqrasiya Xidmətinin miqrasiyaya nəzarət idarəsinin rəis müavini Sergey Yeryomin Rusiya Dövlət Dumasında keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan, Gürcüstan, Bolqarıstan, Tacikistan, Çin, Qazaxıstan və Qırğızıstan qeyri-qanuni miqrantların geri qaytarılması ilə bağlı üzərlərinə əlavə öhdəlik götürməkdə maraqlı deyil və bu səbəbdən də bu ölkələrlə analoji müqavilələrin imzalanması gecikir. Onun sözlərinə görə, Rusiyanın qeyri-leqal miqrantların geri qaytarılması barədə Litva, Avropa İttifaqı, Ukrayna, Özbəkistan və Norveçlə müqaviləsi var və bir sıra Avropa ölkələri ilə müvafiq sazişlərin imzalanması istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR