Bank Of Baku

Fuad Muxtarov: “Qurultayda partiyanın sədrliyinə namizədliyimi irəli sürsəm, qarşımı heç kim ala bilməz”

Fuad Muxtarov: “Qurultayda partiyanın sədrliyinə namizədliyimi irəli sürsəm, qarşımı heç kim ala bilməz”
# 29 may 2008 13:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Partiyanın qurultayında sədrliyə namizədliyimi irəli sürsəm, mənim qarşımı heç kim ala bilməz. Heç bir koalisiyanın, heç bir qruplaşmanın mənə verilən səslərin sayını azaltmaq imkanı yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi, partiyanın baş katibi Fuad Muxtarov partiya sədrliyinə iddialı olan Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmovun AMİP-də bir sıra şəxslə ittifaq yaratmasına münasibət bildirərkən deyib. F. Məhərrəmovun ona qarşı ittifaq yaratmasının arxasında hansı məqsədin dayanmasından xəbərsiz olduğunu deyən F. Muxtarov bu cür addımlara ehtiyac görmür: “Onlar nədən narahatdır, niyə ittifaq bağladıqlarını bilmirəm. Çünki mən belə hallardan çox uzağam. Digər tərəfdən isə bu günə qədər sədrliyə namizədliyimi irəli sürəcəyimlə bağlı bir söz deməmişəm”. Partiyanın beynəlxalq əlaqələr sahəsini inhisarda saxlaması ilə bağlı ünvanına səslənən ittihamlara gəldikdə, F. Muxtarov burada hər hansı inhisarçılığın olmadığını bildirib: “Sadəcə, AMİP-in beynəlxalq əlaqələr sahəsi mənə həvalə edilib. Təbii ki, bütün beynəlxalq əlaqələr mənimlə bağlıdır. Digər tərəfdən, partiyada bu işi məndən yaxşı bacaran ikinci şəxs görmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR