Bank Of Baku

AMİP prezident seçkilərinə start verilənə kimi qurultay keçirməyə çalışacaq

AMİP prezident seçkilərinə start verilənə kimi qurultay keçirməyə çalışacaq
# 29 may 2008 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Prezident seçkilərinə start verilənə kimi Azərbaycan Milli İstiqlal Partiyasının qurultayını keçirməyə çalışacağıq”. Bunu APA-ya açıqlamasında AMİP-in sədr müavini, baş katib Fuad Muxtarov deyib. Onun sözlərinə görə, partiya qurultayı keçirməyə tam hazırdır, sadəcə yerlə bağlı problem həllini gözləyir. F. Muxtarov qurultay keçirmək üçün yer axtarışlarının davam etdiyini də deyib: “AMİP prezident seçkilərində iştirak etmək niyyətində olduğundan qurultayın keçirilməsini vacib sayırıq”.
Qeyd edək ki, seçki müddətinin azaldılmayacağı halda prezident seçkilərinə iyunun 15-də start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR