Bank Of Baku

ABŞ Dövlət Departamentinin nümayəndəsi: ”Ümid edirik ki, Azərbaycanda qarşıdakı seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunacaq”

ABŞ Dövlət Departamentinin nümayəndəsi: ”Ümid edirik ki, Azərbaycanda qarşıdakı seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunacaq”
# 29 may 2008 14:49 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Biz ümid edirik ki, Azərbaycanda qarşıdakı seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Devid Merkel deyib. O, hökumətin, prezidentliyə namizədlərin, seçki komissiyalarının və qeyri-hökumət təşkilatlarının normal seçki keçirilməsi üçün çalışacaqlarına böyük ümid bəslədiklərini bildirib. D. Merkel beynəlxalq ictimaiyyətin də buna dəstək verəcəyinə inandığını söyləyib: “Bizim hamımız normal seçki keçirilməsi üçün Azərbaycanla birlikdə işləyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR