Bank Of Baku

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı ictimai müzakirə keçirilib

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı ictimai müzakirə keçirilib
# 29 may 2008 15:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Müxalifət düşərgəsində təmsil olunan bir qrup partiyanın iştirakı ilə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı ictimai müzakirə keçirilib. APA-nın məlumatına görə, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov bildirib ki, seçki qanunvericiliyində mütərəqqi islahatlar aparılmasa, komissiyaların formalaşdırılması qaydaları dəyişdirilməsə, prezident seçkisinin demokratik keçirilməsi şübhə altında qalacaq: “Parlamentin müzakirəsinə təqdim olunan yeni qanun layihəsində seçki kampaniyasının müddətinin azaldılması, təşviqat materiallarının yayılmasının məhdudlaşdırılması, namizədlərin dövlət televiziyası ilə çıxışına icazə verilməməsi prezidentliyə namizədlər üçün maneələr yaradacaq”. Yaşıllar Partiyasının sədri Mayis Güləliyevin sözlərinə görə, müxalifətin tələbləri yerinə yetirilmədiyi təqdirdə, bu düşərgənin nə edəcəyi müəyyənləşməyib. Azadlıq Partiyasının sədri Əhməd Oruc müxalifət düşərgəsində pərakəndəliyin hökm sürdüyünü söyləyib. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucovun fikrincə, müxalifət düşərgəsində təmsil olunan bütün partiyalar bu məsələdə siyasi iradə nümayiş etdirməlidir. Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov isə Seçki Məcəlləsinin bu qədər müzakirəsinin əleyhinə çıxıb. O bildirib ki, iqtidar siyasi iradə nümayiş etdirərsə, seçki demokratik keçirilə bilər. Sonda müzakirəyə qatılan 24 siyasi partiya və ictimai təşkilat 5 müddəadan ibarət bəyanat qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR