Bank Of Baku

ACP-də seçkilərə hazırlıqla bağlı iş bölgüsü aparılıb

ACP-də seçkilərə hazırlıqla bağlı iş bölgüsü aparılıb
# 29 may 2008 15:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Açıq Cəmiyyət Partiyası (ACP) bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıqlara başlayıb. Partiyanın sədr müavini Nizami Məmmədovun APA-ya verdiyi məlumata görə, ACP İdarə Heyətinin bu gün keçirilən toplantısında ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın seçkilərdə iştirak perspektivi müzakirə edilib. İclasa hazırda ABŞ-da yaşayan ACP lideri, eks-spiker Rəsul Quliyev də telefon vasitəsi ilə qatılıb. Müzakirələr nəticəsində partiyanın seçkilərdə iştirak edib-etməməsi ilə bağlı konkret qərar qəbul edilməsə də, seçkilərə hazırlıqla bağlı iş bölgüsü aparılıb. Təşkilati iş Nizami Məmmədova, mətbuat və təbliğat işi partiya liderinin müşaviri Zəminə Dünyamalıyevaya, digər partiyalarla danışıqların aparılması ACP sədri Akif Şahbazova və sədr müavini Yaqub Abbasova həvalə edilib. N. Məmmədov bildirib ki, bu hazırlıqlara baxmayaraq, prezident seçkilərinə kimi hazırkı şərait dəyişməsə, ACP seçkiləri boykot edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR