Bank Of Baku

Odessada dondurulmuş münaqişələrə dair konfrans keçiriləcək

Odessada dondurulmuş münaqişələrə dair konfrans keçiriləcək
# 29 may 2008 15:31 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Mayın 30-31-də Odessada dondurulmuş münaqişələrə dair keçiriləcək konfransda Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq. APA-nın məlumatına görə, Konrad Adenauer Fondu, Avroatlantik Əməkdaşlıq İnstitutu və Odessa Şəhər Şurasının keçirəcəyi tədbir “Genişləndirilmiş Qara dəniz regionunda dondurulmuş münaqişələr” adlanır. Konfransın keçirilməsində məqsəd Azərbaycan, Moldova və Gürcüstan ərazisində mövcud olan ərazi konfliktlərin status-kvo vəziyyətinin açıq müzakirəyə edilməsi və həlli yollarının araşdırılmasıdır. Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanı konfransda siyasi icmalçı Vüqar Seyidov təmsil edəcək. Konfransda həmçinin Ukrayna Ali Radasının Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Boris Tarasyuk, Almaniya Bundestaqının üzvləri, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Qrin Miller, Rumıniyanın Ukraynadakı səfiri Trayan Xristea və Qara dəniz ölkələri baş konsulluqlarının nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR