Bank Of Baku

Nazim İmanov: “GUAM-ı siyasətçilər yaradıb, amma iqtisadiyyat inkişaf etdirəcək”

Nazim İmanov: “GUAM-ı siyasətçilər yaradıb, amma iqtisadiyyat inkişaf etdirəcək”
# 29 may 2008 15:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “GUAM təşkilatını siyasətçilər yaradıb, amma bu qurumu iqtisadiyyat inkişaf etdirəcək”. APA-nın məlumatına görə, bu fikirləri “Qafqaz və qloballaşma” jurnalının baş redaktoru, professor Nazim İmanov “GUAM-ın inkişaf strategiyası” adlı beynəlxalq konfransda çıxışında deyib. Onun sözlərinə görə, hazırda quruma üzv ölkələri ərazilərində olan münaqişələr birləşdirir: “Həmin münaqişələr həll olunandan sonra onları iqtisadi tamamlama siyasəti birləşdirəcək. Azərbaycan hazırda kapital qoyuluşuna qadir olan ölkədir. Ölkəmizin 8 milyard dollar valyuta ehtiyatı var, neft gəlirləri hesabına 15-20 ildən sonra bu göstərici 300 milyard dollara çatacaq”. Nazim İmanov digər GUAM ölkələrinin də sərmayəyə ehtiyacları olduğunu deyib. İqtisadçı alim hesab edir ki, əgər GUAM ölkələri ümumi iqtisadi maraqlar tapsalar, qurumun böyük perspektivi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR