Bank Of Baku

Azərbaycanın “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa ediləcək əlavə və dəyişikliklərdə polisin səlahiyyətləri məhdudlaşdırılır

Azərbaycanın “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa ediləcək əlavə və dəyişikliklərdə polisin səlahiyyətləri məhdudlaşdırılır
# 29 may 2008 16:26 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov bildirib. Sabah Milli Məclisin müzakirəsinə çıxarılacaq ““Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişiklik haqqında” qanun layihəsi barədə danışan ekspert sənədin Avropa standartlarına tam cavab verdiyini, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi üçün bütün hüquqi təminatların nəzərdə tutulduğunu deyib. Sərbəst toplaşmaq üçün yerlərin müəyyən olunmasına gəlincə, L. Hüseynov deyib ki, müvafiq qurum tərəfindən sərbəst toplaşmanın qadağan oluna biləcəyi yerli və mərkəzi İcra hakimiyyətlərinin siyahısı hazırlanacaq: “Yəni qanunda birbaşa qadağa yoxdur”. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun təxminən 15 maddəsinə müxtəlif xarakterli əlavə və dəyişikliyin ediləcəyini bildirən L. Hüseynov sənədlə bağlı əsaslandırılmış irada rast gəlmədiyini də deyib: “Qanuna ediləcək əlavə və dəyişiklik vasitəsilə polisin səlahiyyətlərinə məhdudiyyət qoyulur. Burada söhbət toplantı iştirakçılarına mümkün güc tətbiqi və toplantının keçirilməsinə öz səlahiyyəti çərçivəsində hər hansı müdaxilənin qarşısının alınmasından gedir. Qanunda göstərilir ki, polisin hərəkətləri qarşıya qoyulan məqsədə mütənasib olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR