Bank Of Baku

MSK dairə seçki komissiyalarında çalışan hüquqşünaslar üçün təlim-seminar keçirib

MSK dairə seçki komissiyalarında çalışan hüquqşünaslar üçün təlim-seminar keçirib
# 30 may 2008 09:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarında çalışan hüquqşünaslar üçün təlim-seminar keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MSK sədrinin müavini Svetlana Qasımova bu təlimlərin seçkilərin demokratik və qüsursuz keçməsi baxımından əhəmiyyətli olduğunu və davam etdiriləcəyini deyib. MSK katibi Natiq Məmmədov isə seçki komissiyalarının üzvlərinin öz işlərində peşəkar olmasının vacibliyini bildirib. MSK üzvü Rövşən İsmayılov “Seçki komissiyalarının fəaliyyətinin hüquqi əsasları, görülən işlərin və hərəkətlərin hüquqi təminatı”, qurumun şöbə müdiri Elşən Əsgərov “Seçki komissiyalarının katibliyində kargüzarlığın aparılması qaydaları”, MSK üzvü Qabil Orucov “Seçki komissiyalarının iclaslarında baxılan məsələlərin hazırlanmasında iştirak və qəbul edilmiş qərarların qanunauyğunluğunun təminatı”, MSK üzvü Fuad Cavadov isə “Dövlət qulluğu haqında qanuna uyğun olaraq attestasiyanın keçirilmə qaydaları və yekunları” mövzularında məruzə ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR