Bank Of Baku

NATO baş katibinin köməkçisi Azərbaycana səfər edəcək

NATO baş katibinin köməkçisi Azərbaycana səfər edəcək
# 30 may 2008 11:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA. NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan Fransua Buro iyunun üçüncü ongünlüyündə Bakıya gələcək. Bu barədə APA-ya Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov məlumat verib.
N. Adilovun sözlərinə görə, Jan Fransua Buro iyunun 24-25-də Bakıda keçiriləcək “Avroatlantik Məkana İnteqrasiya və Demokratik Seçkilər” adlı konfnasın açılışında iştirak edəcək.
Qeyd edək ki, bu konfrans NATO İctimai Diplomatiya Bölməsinin və Turkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası və Avrasiya Hüquqşünaslar Assosiasiyasını tərəfindən keçirilir. Tədbirin təşkilində əsas məqsəd Avroatlantik məkana inteqrasiyanın itimai müzakirəsi, demokratik dəyərlərin inkiaşfına müqayisəli baxış, Avroatlantik məkana inteqrasiyada demokratik seçkilərin əhəmiyyətinin ictimaiyyətə çatdırılması və NATO-Azərbaycan əlaqələrini müzakirə etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR