Müxalifət partiyaları “Azadlıq” blokunun boykot qərarını ciddi qəbul etmədiklərini bildiriblər - YENİLƏNİB
Qeyd edək ki, “Azadlıq” blokunda Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu qərarın proseslərə ciddi təsir etməyəcəyini deyib. Onun sözlərinə görə, boykot o zaman özünü doğrulda bilər ki, seçkilər yalnız hakimiyyəti əldə etmək məqsədi daşısın və seçkilərə gedən qüvvə nəyin bahasına olursa olsun hakimiyyəti əldə etmək məqsədi güdsün. S. Cəlaloğlunun fikrincə, seçkilər eyni zamanda ictimai münasibətlərə yenidən baxmaq, ölkədəki problemlərin həllində iştirak etmək, müxalifətin təşkilatlanması, tərəfdarlarını aktivləşdirməsi və artırılmasına xidmət edən aksiyadır: “Bu baxımdan boykot bu tələblərə cavab vermir və düzgün hesab edilə bilməz. Buna baxmayaraq, blokun qərarına hörmətlə yanaşıram və hesab edirəm ki, partiyaların siyasi proseslərdə müxtəlif mövqe tutması təbiidir”.
Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər ictimai siyasi aktivliyin yüksək olmadığı bir şəraitdə boykotun demokratiya uğrunda mübarizədə düzgün yol olmadığını bildirib. Onun fikrincə, belə bir şəraitdə daha aktiv yol seçilməlidir: ““Azadlıq” blokunun seçkiləri boykot etməsinin nəyəsə təsir edəcəyini düşünmürəm. Ona görə ki, bu qərar müxalifəti əhatə etmir. Hətta bütöv müxalifət belə seçkini boykot etsə belə, hansısa nəticənin olacağını düşünmürəm. Bu beynəlxalq birliyə hesablanmış addımdırsa, beynəlxalq aləmin Ermənistandakı seçkilərə münasibətinin hamı şahidi oldu. Hətta insanların güllələnməsinə belə lazımı reaksiya göstərilmədi. Seçkilərdə əsas olan xalqın müqavimətini təşkilidir ki, bunun da məsuliyyəti müxalifətin üzərinə düşür. Bunun üçün seçkidə mütləq iştirak etmək və verilən imkanlardan maksimum yararlanmaq lazımdır”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da blokun boykot qərarının proseslərə təsir etməyəcəyini düşünür: “Amma blokun atdığı addım təbii qarşılanmalıdır. Siyasi mübarizənin metodlarından biri də seçkilərin boykotudur. Hər kəsin seçkilərdə iştirak və boykot hüququ var, heç kim kiməsə öz qərarında diqtə etməməlidir”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə bildirib ki, partiya seçkidə iştirak etmək üçün yaradılır və normal siyasi fəaliyyətlə məşğul olmaq istəyən partiya seçkilərdə iştirak etməlidir: “Amma “Azadlıq” blokunda nə normal üzvlər və də ortaya çıxacaq bir namizəd var. Onlar da buna görə belə qərar çıxarıblar”.
Politoloq İlqar Məmmədov bildirib ki, hər hansı partiya indiki şəraitdə seçkiləri boykot edirsə, bu həmin qüvvənin özünə siyasi inamsızlıqdan irəli gəlir: “ Boykot qərarı verən qüvvələr 1995-ci ildən bəri siyasi baxımdan 8 seçki və referendumu uduzublar. Başqa şəraitdə boykot qərarı o qədər də zəruri olmasa da, bəzi hallarda tətbiq oluna bilər. Amma 8 seçkini uduzmuş siyasi qüvvələrin seçkiləri boykot etməsi heç nəyə təsir etmir. Yəni artıq özlərində qüvvə hiss etmirlər və bu səbəbdən də seçki prosesində iştirakdan imtina edirlər. Əgər prosesə təsir edə bilsəydi, yəqin ki, seçkidə iştirak etmək qərarı verərdilər. Ona görə də həmin qüvvələrin seçkilərdə iştirak edib etməməsinin heç bir prinsipial əhəmiyyəti yoxdur”.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Venesuelada zəlzələ qurbanlarının sayı 4490-a çatıb
İranın bir neçə şəhərində partlayışlar baş verib
ABŞ İrana yeni zərbələr endirməyə başlayıb
25 ölkənin lideri Parisdə Ukraynaya dəstəyi müzakirə edəcək
Bakıda hündürmərtəbəli binanın zirzəmisində yanğın olub - YENİLƏNİB
AQTA Gəncədə 8 nəfərin yas mərasimində zəhərlənməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB 2
Füzulidə açıq ərazilərdə yanğın baş verib
Fransa Livanda beynəlxalq qüvvələrin yerləşdirilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb
İsrail Qəzzada HAMAS-ın hərbi obyektini vurub
Xarici qonaqlar Şuşada Qarabağ küçəsi ilə tanış olublar
Kəlbəcərdə yeniyetmə çaya düşüb
İsraildə növbəti parlament seçkilərinin tarixi açıqlanıb
İrana raket hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
FHN Abşeron ərazisində baş vermiş yanğının söndürülməsi ilə bağlı işlər görür
İran ordusu ABŞ-ın Küveytdəki bazasına zərbə endirib
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
İranın Qeşm adasına 10-11 raket atılıb
İranın bəzi bölgələrində partlayış səsləri eşidilib
İnfantino: Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 ola bilər
ABŞ-ın BMT-dəki nümayəndəsi: İranla atəşkəs faktiki olaraq pozulub
SEPAH ABŞ-ın qanadlı raketini vurduğunu açıqlayıb
İran Körfəz ölkələrinə hücumlarını genişləndirir, Hörmüz boğazı bağlanıb
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - FOTOLENT - YENİLƏNİB
Türkiyənin Muğla və Diyarbəkir bölgələrində meşə yanğınları başlayıb
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib - FOTOLENT
FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb
KİV: Rusiya qoşunları Ukraynanın Qrişino şəhərinə tam nəzarət edir
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Yəmən İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib
Ukrayna MN müşaviri: Rusiya danışıqlardan əvvəl cəbhədən bütün obyektləri vurmağa çalışacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir
SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın bəzi rayonlarında dolu düşəcək - PROQNOZ
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib - YENİLƏNİB