Bank Of Baku

Valeri Çeçelaşvili: “GUAM ərazisindəki “dondurulmuş münaqişələr”lə bağlı qətnamənin qəbulu üçün ciddi “oyunçu”ların dəstəyini qazanmaq fikrindəyik”

Valeri Çeçelaşvili: “GUAM ərazisindəki “dondurulmuş münaqişələr”lə bağlı qətnamənin qəbulu üçün ciddi “oyunçu”ların dəstəyini qazanmaq fikrindəyik”
# 30 may 2008 11:32 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Biz BMT Baş Assambleyasında GUAM ərazisindəki “dondurulmuş münaqişələr”lə bağlı qətnamənin qəbulu üçün bu beynəlxalq təşkilatın əksər üzvlərinin, o cümlədən ciddi “oyunçu”ların dəstəyini qazanmaq fikrindəyik”. APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. O bildirib ki, hazırda GUAM ölkələri qətnamə layihəsinin mahiyyətini səbrlə BMT üzvlərinə izah etməkdədir: “BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş əraziləri və Abxaziyadakı vəziyyət haqında qəbul olunmuş son iki qətnamə onu göstərir ki, dünyada bizim mövqeyimiz getdikcə möhkəmlənir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR