Bank Of Baku

Azərbaycan Avropa İctimai Hüquq Təşkilatına dəvət olunur

Azərbaycan Avropa İctimai Hüquq Təşkilatına dəvət olunur
# 30 may 2008 12:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Avropa İctimai Hüquq Təşkilatına (AİHT) dəvət olunur. APA-nın məlumatına görə, bu barədə Bakıda səfərdə olan Avropa İctimai Hüquq Mərkəzinin (AİHM) direktoru Spiridon Flogaitis bu gün keçirdiyi mətbuat konfransında bildirib. Səfər çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov və ədliyyə nazirinin müavini Vilayət Zahirovlə görüşdüyün deyən qonaq Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə də görüşəcəyini qeyd edib. Yunanıstanlı professor keçirdiyi görüşlərdə Azərbaycanın AİHT-ə üzvlüyə dəvət olunmasının pozitiv qarşılandığını söyləyib. Onun fikrincə, Azərbaycanın təşkilata qəbulolma proseduru yaxın vaxtlarda başa çatacaq. S. Flogaitis Yunanıstanın Cənubi Qafqaz regionuna mühüm əhəmiyyət verdiyi söyləyərək, regionu ölkəsinin qədim tarixinin bir hissəsi adlandırıb, xatırladıb ki, Prometey məhz Qafqaza sürgün olunub. O, həmçinin bildirib ki, AİHT-nin Cənubi Qafqazda nümayəndəlik açmaq niyyəti də var.
Qeyd edək ki, AİHT Avropa İctimai Hüquq Mərkəzinin xələfidir. Azərbaycan bu Mərkəzin Direktorlar Şurasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR