Bank Of Baku

Səməd Seyidov: “AŞ PA Monitorinq Komitəsinin Kiyevdə qəbul etdiyi qətnamənin ilkin variantında Azərbaycana təzyiqlər var”

Səməd Seyidov: “AŞ PA Monitorinq Komitəsinin Kiyevdə qəbul etdiyi qətnamənin ilkin variantında Azərbaycana təzyiqlər var”
# 30 may 2008 13:34 (UTC +04:00)
İclasda iştirak edən Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi sessiyanın ikinci günü iyunun 24-də müzakirəyə çıxarılacaq. S. Seyidov bildirib ki, müzakirələr AŞ PA Monitorinq Komitəsinin (MK) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova tərəfindən təqdim edilən məruzə əsasında aparılacaq. Müzakirələrin normal şəkildə keçirəcəyinə əmin olduğunu söyləyən S. Seyidov mayın MK-nın 26-da Kiyevdə keçirilmiş iclasında qəbul olunmuş qətnamənin ilkin variantına da münasibət bildirib. S. Seyidovun sözlərinə görə, layihədə bəzi məsələlər tövsiyə, bəzi məsələlər isə tələb şəklində qoyulub: “Bu sənəd hələ Avropa Şurası Parlament Assambleyasında müzakirə olunacaq. Sənəddə Azərbaycana təzyiqlər var, Azərbaycana qarşı bəzi məqamlar isə xeyli şişirdilib. Bu da təsadüf deyil. Prezident seçkiləri gündəmdədir, seçkilər ərəfəsində isə bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası münasibətini daha sərt şəkildə ifadə edir ki, bu da hansısa formada Azərbaycana təzyiq kimi qiymətləndirilməlidir. Azərbaycan bu sənəddə maraqları çərçivəsində olan bütün məsələlərə əməl etməyə hazırdır, maraqlarından kənar məsələlərə isə birmənalı münasibət bəsləyəcək. Bu münasibət ondan ibarətdir ki, Avropa Şurası və Monitorinq Komitəsinin hər bir sənədi, müddəalarında hər nə qədər tələb olsa belə, tövsiyə xarakterlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR