Bank Of Baku

Sabah Ağdamda Qarabağ Azadlıq Təşkilatının qurultayı keçiriləcək

Sabah Ağdamda Qarabağ Azadlıq Təşkilatının qurultayı keçiriləcək
# 30 may 2008 13:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) III qurultayı mayın 31-də Ağdamda keçiriləcək. QAT sədri Akif Nağı APA-ya bildirib ki, qurultay Ağdam rayonu ərazisində çadırda baş tutacaq. Onun sözlərinə görə, qurultayın keçirilməsinə maneçilik törədilsə, qurum öz tədbirini Qarabağ ərazisində açıq havada keçirəcək. Qurultayda təşkilatı məsələlərə baxılması nəzərdə tutulur. Qeyd edək ki, QAT 2000-ci il yanvarın 28-də yaradılıb. Qurumun sonuncu qurultayı isə 2003-cü ilin mayında keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR