Bank Of Baku

Mladen İvanoviç: “Azərbaycan Bələdiyyələr Assosiasiyası ilə səmərəli əməkdaşlığın baş tutacağına ümid edirəm”

Mladen İvanoviç: “Azərbaycan Bələdiyyələr Assosiasiyası ilə səmərəli əməkdaşlığın baş tutacağına ümid edirəm”
# 30 may 2008 15:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycan Bələdiyyələr Assosiasiyası ilə səmərəli əməkdaşlığın baş tutacağına ümid edirəm”. Azərbaycanda səfərdə olan Xorvatiya Bələdiyyə Assosiasiyasının rəhbəri Mladen İvanoviç APA-ya deyib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı Azərbaycanla təmsil etdiyi ölkə arasında oxşar məqamlar çoxdur. “Xorvatiya da postsovet ölkəsidir. Bizdə də yerli özünüidarəetmə qurumları yeni formalaşır. Azərbaycanda olduğu kimi çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən addımlar atırıq. Azərbaycan da bu problemdən xali deyil”. O, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin mümkünlüyünü də qeyd edib: “Xorvatiya bu sahədə elə bir uğur əldə etməyib ki, onu Azərbaycanla bölüşsün. Əməkdaşlığımız yalnız təcrübə mübadiləsi mərhələsində ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR