Bank Of Baku

Azərbaycan Prezident Aparatı seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi təklifi ilə çıxış edib

Azərbaycan Prezident Aparatı seçki kampaniyasının müddətinin 120 gündən 75 günə endirilməsi təklifi ilə çıxış edib
# 30 may 2008 16:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Mili Məclisin bugünkü iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı Prezident Aparatı Qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev bildirib. Ş. Əliyev seçki kampaniyasının müddətinin 120 gündən 60 günədək endirilməsi ilə bağlı təkliflər səsləndiyini xatırladıb: “Lakin biz hesab edirik ki, 60 gün azdır. Bizim təklifimizə görə, seçki kampaniyasının müddəti 75 gün müəyyən olunmalı, bunun 28 günü isə təbliğata həsr olunmalıdır”. Ş. Əliyev həmçinin barmaqların rəngli mürəkkəblə boyanmasına da mənfi münasibət bildirib. Onun sözlərinə görə, bu, seçicilərin hüququnun pozulması kimi qiymətləndirilə bilər. Şöbə müdiri həmçinin dövlətin seçkidə iştirak etmədiyini, ona görə də dövlətə məxsus Kütləvi İnformasiya Vasitələrində seçki təbliğatı aparılmasının mümkün olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR