Bank Of Baku

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov: “Biz buranın aborigenləriyik” - EKSKLÜZİV

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov: “Biz buranın aborigenləriyik” - <font color=red>EKSKLÜZİV</font>
# 31 may 2008 08:13 (UTC +04:00)
Dosye: Azər Mirzə oğlu Süleymanov 1967-ci ilin iyun ayında Marneuli şəhərində anadan olub. 1984-cü ildə 1 saylı Marneuli rus orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu fakültəsinə daxil olub, 1988-ci ildə ordudan tərxis olunduqdan sonra həmin universitetdə təhsilini davam etdirib və 1991-ci ildə ali təhsilini başa vurub. 1991-ci ildə təyinatla Marneuli Rayon İcraiyyə Komitəsində maliyyə şöbəsinin müdiri vəzifəsində əmək fəaliyyətinə başlayıb. Azər Süleymanov 2000-ci ildə Marneuli rayonundan majoritar yolla Gürcüstan parlamentinə deputat seçilib. 2003-2008-ci illərdə Kvemo Kartli bölgəsinin qubernator müavini olub. 2008-ci il mayın 21-də keçirilən parlament seçkilərində yenidən deputat seçilib.
- İlk deputatlığınız dövründə azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün hansı işləri görmüsünüz?
- Ən böyük problemlərimizdən biri cəmiyyətə inteqrasiyadır. Gürcü dilini bilməmək üzündən azərbaycanlılar gürcü elitasına qovuşa bilmirlər. Hazırda məktəblərimizdə gürcü dili kursları açmışıq. Biz heç vaxt razı ola bilmərik ki, Borçalı türkləri iş tapmaq üçün digər ölkələrə üz tutsunlar. Bizim burada 500 ildən artıq tariximiz var. Biz buranın aborigenləriyik. Əvvəllər Marneulidə yaşayan soydaşlarımızın ən böyük tələbatı gündə iki saat işıq və həftədə bir dəfə su ilə təmin olunmaq idi. Qaz və yol haqqında, ümumiyyətlə, təsəvvürləri yox idi. Pensiya və maaşlarını illərlə ala bilmirdilər. Hazırda rayon və kəndlərimiz 24 saat işıqla təmin olunur. Müəllimlərin maaşları vaxtlı-vaxtında verilir, pensiyalar 10-15 dəfə artıb. Lakin bəzi həll olunmayan problemlərimiz də var. Marneuli kənd təsərrüfatı rayonu olduğundan, burada əkin sahələrinin suvarılmasına böyük ehtiyac duyulur. Böyük problemlərimizdən biri axıradək həll olunmayan torpaq məsələsidir. 1996-cı ildə torpaq islahatı keçiriləndən sonra əhalinin əksər hissəsi torpaq ala bilmədi. Kvemo Kartlidə azərbaycanlıların ən böyük tələbatı torpaqla bağlıdır. Təhsil sahəsində də problemlərimiz var.
- Gürcüstanda aborigen olduğunuz halda, 150 nəfərlik parlamentə 2 azərbaycanlı millət vəkilinin düşməsi normal göstəricidirmi?
- Artıq üçüncü azərbaycanlının da parlamentdə təmsil olunması imkan yaranıb. Bu, Bolnisi rayonundan olan Şəmil İsfahanovdur. O, seçki siyahısında 50-ci sırada idi. Sözügedən millət vəkili ilk sessiya olmasa da, yay ayları ərzində parlament iclaslara qatıla biləcək. Hər üçümüz hakim partiyadanıq. Böyük ehtimal var ki, parlamentə dördüncü azərbaycanlı da düşsün. Elşən Həsənov Marneuli rayonundandır. O, seçki siyahıda 64-cü olub. Əgər seçilmiş digər millət vəkilləri başqa vəzifələrə təyin olunsalar, bu soydaşımızın da parlamentə düşmək şansı var. Doğrudur, sevindirici hal deyil, amma az da deyil. Narahatlığa heç bir əsas yoxdur. Bütün problemlərimizi həll etmək üçün var-gücümüzlə çalışacağıq.
- Parlamentdə ilk qaldıracağınız məsələ nə olacaq?
- Qeyd etdiyim kimi, Marneuli kənd təsərrüfatı rayonudur. Bizim əhali üçün ən vacib məsələ su və torpaq problemidir. Daha sonra Azərbaycan kəndlərinə gedən magistral yolun çəkilişidir ki, onun da tikintisinə artıq başlanıb və bu yolun tikintisinin vaxtında başa çatdırılmasına çalışacağıq. Soydaşlarımızın gürcü dili problemi də prioritetdir. Səy göstərəcəyik ki, bu sahəyə kifayət qədər maliyyə vəsaiti ayrılsın ki, bu çatışmazlığı da aradan qaldıraq.
- Azərbaycanlılar Gürcüstanda say etibarilə ikinci ən böyük milli azlıqdır. Bəs niyə Kvemo Kartli bölgəsinin qubernatoru azərbaycanlı deyil?
- Mən prezident deyiləm. Şəxsi fikrimi deyə bilərəm ki, bu gün azərbaycanlılar parlamentdə təmsil olunur. Azərbaycanlılar nazirliklərdə çalışır, bələdiyyə sədri seçilirlər. Gün gələr ki, qubernator vəzifəsinə də azərbaycanlılar təyin olunar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR