Bank Of Baku

İran xarici işlər nazirinin birinci müavini iyunun 4-də Azərbaycana gələcək

İran xarici işlər nazirinin birinci müavini iyunun 4-də Azərbaycana gələcək
# 31 may 2008 08:25 (UTC +04:00)
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov APA-ya bildirib ki, iki gün çəkəcək səfər zamanı Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının Bakıda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq, iclasın tarixi müəyyənləşdiriləcək. A. Həsənovun sözlərinə görə, səfər çərçivəsində Ş. Əttarın Azərbaycan rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Maniçöhr Möttəkidir. Komissiyanın toplantısı zamanı M. Möttəki də Azərbaycana səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR