Bank Of Baku

Qurultay keçirmək istəyən QAT üzvləri Bərdə ərazisinə buraxılmayıblar

Qurultay keçirmək istəyən QAT üzvləri Bərdə ərazisinə buraxılmayıblar
# 31 may 2008 10:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) III qurultayını keçirmək üçün Qarabağ bölgəsinə səfər edən təşkilat üzvləri Bərdə rayonun girəcəyində yerli polis və rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən saxlanılıblar. QAT sədri Akif Nağının APA-ya verdiyi məlumata görə, təşkilat üzvləri və qurultaya qatılmaq üçün rayonun “Dörd yol” adlanan ərazisinə toplaşan qurultay iştirakçılarını polis ərazidən uzaqlaşdırıb. A. Nağı deyib ki, QAT Məclisinin üzvü Şaiq Süleymanlı isə Bərdədə polis tərəfindən saxlanılıb və “Yevlax dairəsi” adlanan yerə gətirilərək, ərazidən uzaqlaşdırılıb. Qarabağ istiqamətində hərəkətlərinin məhdudlaşdırıldığını deyən A. Nağının sözlərinə görə, təşkilat üzvlərinə “Yevlax dairəsi”nə toplaşmaq haqda tapşırıq verilib: “Həm polis, həm də rayon İcra Hakimiyyətinin nümayəndələri bizi Bərdə ərazisinə buraxmayacaqlarında israrlı olduqlarını deyirlər. Biz isə qarşıdurmaya getmək istəmirik. Yəqin ki, qurultay Yevlax rayonunun ərazisində keçiriləcək. Qurultayı açıq havada da olsa, keçirəcəyik”.
Ağdam rayon İcra Hakimiyyətindən isə APA-nın Qarabağ bürosuna bildirilib ki, rayon cəbhə bölgəsində yerləşdiyindən və qurultayın keçirilməsi üçün yer məhdud olduğundan tədbirin baş tutmasına icazə verilməyib.
Qeyd edək ki, QAT III qurultayını Ağdamda keçirməyi planlaşdırırdı. Qurultayın keçirilməsi üçün yer ayrılmasından ötrü təşkilat may ayının əvvəllərində Ağdam rayon İcra Hakimiyyətinə müraciət etsə də, İcra Hakimiyyəti qurultayın rayon ərazisində keçirilməsini məqsədəuyğun saymayaraq, müraciətə mənfi cavab verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR