Bank Of Baku

Yerevanda İranın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığına həsr olunmuş konfrans keçiriləcək

Yerevanda İranın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığına həsr olunmuş konfrans keçiriləcək
# 01 iyun 2008 09:16 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Bu ilin iyun ayının 6-8-də Yerevanda (Ermənistan) İranın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı məsələlərinə həsr olunmuş konfrans keçiriləcək.
APA-nın “IranPress”ə istinadən verdiyi məlumata görə, Yerevandakı Arya Beynəlxalq Universitetində təşkil olunacaq konfransda İranın Cənubi Qafqaz, həmçinin Mərkəzi Asiya respublikaları ilə ikitərəfli geosiyasi və iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, mədəni və tarixi əlaqələr, münaqişələrin həlli yolları və s. aktual məsələlər müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR