Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatının növbəti qurultayı keçirilib

Qarabağ Azadlıq Təşkilatının növbəti qurultayı keçirilib
# 01 iyun 2008 10:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ötən gün III qurultayını keçirməyə nail olub. Təşkilatın sədri Akif Nağının APA-ya verdiyi məlumata görə, QAT-ın qurultayı mayın 31-də axşam saatlarında Ağdaş rayonu ərazisində yerləşən restoranların birində keçirilib.
Qurultayda Qarabağ probleminin həlli ətrafında beynəlxalq aləmdə aparılan müzakirələrə diqqət yetirilib və bu müzakirələrin nəticəsində torpaqların işğaldan azad edilməsinin mümkünsüzlüyü bildirilib. Təşkilati məsələlərin müzakirəsində isə QAT-ın 45 nəfərlik Məclisi, 25 nəfərlik İdarə Heyəti və 12 nəfərlik Ağsaqqallar Şurası seçilib. A.Nağı yenidən təşkilatın sədrliyinə namizədliyini irəli sürüb və növbəti müddətə QAT-ın sədri seçilib. A.Nağı bildirib ki, təşkilat qurultayı Qarabağ ərazisində keçirmək istəyib. Bu məqsədlə Ağdam, Tərtər və Bərdə rayon icra hakimiyyətlərinə rəsmi müraciət olunsa da, QAT-a cavab verilməyib. Ötən gün isə qurultay keçirmək üçün Tərtərin Dördyol adlanan ərazisinə getmək istədikdə, yerli polis təşkilat üzvlərini rayon ərazisinə buraxmayıb. A.Nağı qurultayı Yevlax və Şəkidə keçirmək üçün cəhd etdiklərini, lakin bunun da qarşısının alındığını qeyd edib. Bu səbəbdən QAT toplantısını yolüstü restoranda keçirməyə məcbur olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR