Bank Of Baku

Qüdrət Həsənquliyev: “Müxalifət düşərgəsində siyasi mədəniyyət yoxdur”

Qüdrət Həsənquliyev: “Müxalifət düşərgəsində siyasi mədəniyyət yoxdur”
# 02 iyun 2008 10:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Müxalifət düşərgəsində siyasi mədəniyyət yoxdur. Partiya rəhbərlərinin cılız hissləri müxalifəti əsas məqsəddən yayındırır”. Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. O bildirib ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların əməkdaşlığının lazımı səviyyədə inkişafı üçün qarşılıqlı anlaşmaya və siyasi iradəyə ehtiyac var: “Bəzən iqtidar müxalifətlə əməkdaşlıq qurmamaqda ittiham olunur. Ancaq müxalifət düşərgəsinin özündə də normal əməkdaşlıq cəhdləri nəticəsiz qalır. Məsələn, AXCP sədri Əli Kərimli və ya Müsavat Partiyasının başqanı İsa Qəmbər hesab edirlər ki, bütün müxalifət onlar kimi düşünməli və münasibətlərini onların istəyinə uyğun qurmalıdır. Belə çıxır ki, hamımız gedib Müsavatın üzvü olmalıyıq? Təəssüf ki, bu cür düşünən şəxslər bərabərhüquqlu əməkdaşlığı dərk etmək iqtidarında deyillər”. Q. Həsənquliyevin sözlərinə görə, bütün bunlar müxalifət düşərgəsində əməkdaşlığın və anlaşmanın qarşısını alır: “Bəzən deyirlər ki, filan partiya hakimiyyətə qarşı sərt mövqe nümayiş etdirmir, ona görə də onunla əməkdaşlığa gedilmir. Amma iqtidara düşmən partiyalar da bir araya gəlmir”. Deputatın fikrincə, müəyyən dövrdən sonra müxalifət düşərgəsində və ümumən siyasi arenada bu tipli problemlər həll olunacaq: “Ümid edirəm ki, Azərbaycan bu dövrü keçəcək və ölkədə istədiyimiz demokratik cəmiyyət qurulacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR