Bank Of Baku

BAXCP-nin qurultayının vaxtı dəyişdirilə bilər

BAXCP-nin qurultayının vaxtı dəyişdirilə bilər
# 02 iyun 2008 10:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) II qurultayının vaxtı dəyişdirilə bilər. BAXCP sədri Qüdrət Həsənquliyev APA-ya bildirib ki, qurultaya 5 gün qalsa da, Bakı şəhər İcra Hakimiyyəti yerlə bağlı müraciətə rəsmi cavab verməyib: “Əvvəlcə qurultayı Bakı Əyləncə Mərkəzində keçirməyi nəzərdə tutmuşduq. Sonra mərkəzin konfrans zalının söküləcəyini dedilər. Uzun danışıqlardan sonra Mədəniyyət və Turizm Nazirliyi bizə Səttarxan adına zavodun Mədəniyyət Sarayını təklif etdi. Amma bəlli oldu ki, bu klubda toplantı keçirmək mümkün deyil, çünki həm dağılıb, həm də fəhlələr ordan tualet kimi istifadə edir”. Qurultay üçün müvafiq yerlə təmin olunmayacaqları təqdirdə dövlət başçısına və parlamentin sədrinə müraciət edəcəklərini deyən Q. Həsənquliyev problemin həllini tapacağına ümid etdiyini söyləyib: “Məcbur edirlər ki, qurultayı açıq havada keçirək”.
Qeyd edək ki, BAXCP İdarə Heyəti II qurultayın iyunun 7-də keçirilməsi barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR