Bank Of Baku

Azərbaycan seçicilərinin siyahısı MSK-nın saytına yerləşdirilib

Azərbaycan seçicilərinin siyahısı MSK-nın saytına yerləşdirilib
# 02 iyun 2008 10:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyası (MSK) 2008-ci il üçün seçici siyahılarını qurumun rəsmi saytına yerləşdirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bütün seçki dairələri üzrə siyahılar MSK-da təsdiq olunandan sonra www.infocenter.gov.az saytına daxil edilib. Saytda seçicilərin öz adlarını siyahılarda tapması üçün axtarış sistemi qurulub. Bundan əlavə, adları siyahılarda olmayan seçicilər saytdakı qaynar xətt vasitəsi ilə qurum rəhbərliyinə müraciət edə bilərlər. 2008-ci ilin seçici siyahısında 4 834 584 seçici var. Onlardan 2 320 697-si (48,00%) kişi, 2 513 887-si (52,00%) isə qadındır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə seçicilərin sayı təxminən 200 min nəfər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR