Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan PKK-nın fəaliyyəti ilə bağlı malik olduğu məlumatları davamlı olaraq beynəlxalq ictimaiyyətlə bölüşür”

Xəzər İbrahim: “Azərbaycan PKK-nın fəaliyyəti ilə bağlı malik olduğu məlumatları davamlı olaraq beynəlxalq ictimaiyyətlə bölüşür”
# 02 iyun 2008 11:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycan PKK terror təşkilatının fəaliyyəti ilə bağlı malik olduğu məlumatları davamlı olaraq beynəlxalq ictimaiyyətlə bölüşür”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. ABŞ Dövlət Departamentinin narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan terror təşkilatlarının sırasında PKK-nı da göstərməsi və bu terrorçu qurumun işğal olunmuş Azərbaycan ərazilərindən tranzit kimi istifadə etməsi ehtimalına dair sualı cavablandıran diplomat bildirib ki, bölgədə çoxlu təhdidlər və təhlükələr var: “Bu, həm beynəlxalq terrorçuluq, həm narkotiklərin daşıması, həm də silahların qeyri-qanuni dövriyyəsi və daşınması ilə bağlıdır. Təbii ki, bu təhlükələrə cavab vermək üçün Azərbaycan daimi iş aparır. PKK-nın fəaliyyətinə gəldikdə isə Azərbaycan dəfələrlə bu qurumun terrorçu təşkilat olduğunu qeyd edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR